Pakistan qruplaşması Çini niyə HƏDƏF ALDI? - 2 ÖLÜ, 10 YARALI

Pakistan qruplaşması Çini niyə HƏDƏF ALDI? -
Dünya 07-10-2024 - 10:21

Bazar günü gecə Pakistanın Karaçi şəhərinin Cinnah beynəlxalq hava limanı yaxınlığında törədilən şübhəli intihar-qətl hücumu nəticəsində iki Çin vətəndaşı ölüb, ən azı 10 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, hələ rəsmi olaraq müəyyən edilməmiş üçüncü cəsədin hücumçuya aid olduğu düşünülür. Çinin Pakistandakı səfirliyi partlayışın ölkənin Sind əyalətində elektrik enerjisi layihəsi üzərində işləyən çinli mühəndislərin karvanını hədəf alan “terror hücumu” olduğunu bildirib.

Son illərdə inkişaf layihələrində iştirak edən Çin vətəndaşlarına qarşı hücumlar həyata keçirən separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bazar ertəsi yaydığı bəyanatda silahlı qrup Karaçi hava limanından gələn yüksək səviyyəli çinli mühəndis və investor karvanını hədəf aldığını açıqlayıb. Qrup verdiyi açıqlamada bunu intihar-qətl hücumu kimi təsvir edib və hadisəni törədənin “Majeed” Briqada adlı intihar dəstəsinin bir hissəsi olan Şah Fəhad olduğunu söyləyib.

Pakistanın baş naziri Şehbaz Şərif hücumu “iyrənc hərəkət” adlandırıb və Çin xalqına başsağlığı verib. "Pakistan çinli dostlarımızı qorumağa sadiqdir”, -deyə, baş nazir bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: