Özcan Dəniz infarkt keçirdi

Türkiyəli müğənni və aktyor Özcan Dəniz infarkt keçirib.
Ajans.az xəbər verir ki, sənətçi rol aldığı “Kızıl Goncalar” serialının çəkiliş meydançasında huşunu itirib.
İlk müdaxilədən sonra anju edilən aktyora iki həftə sonra stent qoyulacaq. Özcanın hazırda evdə dincəldiyi bildirilir.
Xatırladaq ki, Özcan Dəniz son günlər ailəsi ilə yaşadığı problemlərlə gündəmdədir. Sənətçinin anası oğlu və gəlini (Samar Dadgar) barəsində uzaqlaşdırma tədbiri istəyərək məhkəmə prosesi başladıb.
Özcanın qardaşı ilə də münasibətləri pisləşib. Sənətçi sosial media hesablarının əlindən alınması ittihamı ilə qardaşı və keçmiş meneceri Ərcan Dənizi məhkəməyə verib.