Ötən sutka 14 yanğına çıxış olundu
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Ajans.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 14 nəfər xilas edilib, avtoqəza nəticəsində 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.