Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı

Ötən ilin qəza statistikası:
qəza
Hadisə 19-02-2025 - 13:40

Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ajans.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.

Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.

PAYLAŞ: