Osmanovun vəzifəsi bu generala TAPŞIRILDI

Osmanovun vəzifəsi bu generala
Cəmiyyət 19-11-2024 - 16:31

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının kimə tapşırıldığı məlum olub.

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
Ajans.az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, o, bir müddətdir ki bu vəzifəni icra edir.
Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib./ Modern.az

PAYLAŞ: