Ölən məktəbli bir yaşında anasını itiribmiş

Ölən məktəbli bir yaşında anasını
ölüm
Gündəm 22-01-2025 - 12:29

Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

Ajans.az "Unikal"a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq. 

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. 

Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib. 

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. 

PAYLAŞ: