Ödəmə terminalını oğurlayan şəxs saxlanıldı

Ödəmə terminalını oğurlayan şəxs
Ödəmə terminalı
Gündəm 10-03-2025 - 10:05

Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Ajans.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: