Nyu-Yorkda miqrantlara ilk əməliyyat başladı
Nyu-Yorkda federal hakimiyyət orqanları qeyri-qanuni miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “New York Post” (NYPost) qəzeti İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.
Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kvins və Bruklin rayonlarında başlayıb.
Bildirilib ki, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir. Məqsəd qeyri-qanuni miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır.