Norveç Kral ailəsində qalmaqal: Xalq narazıdır
Norveç şahzadəsinin oğlu Marius Borg Heybinin qalmaqallı hekayəsi davam edir - o, bu günə qədər araşdırması davam edən zorlama işi ilə bağlı yenidən həbs edilib.
Ajans.az xəbər verir ki, bu barədə VG portalı məlumat yayıb.
Bildirilib ki, Heybi Cinayət Məcəlləsinin zorlama ilə bağlı 291-ci maddəsinin (b) bəndini pozmaqda ittiham olunur.
"B" bəndi huşsuz vəziyyətdə olan və ya digər səbəblərdən hərəkətə qarşı müqavimət göstərə bilməyən şəxsə qarşı cinsi zorakılığı müəyyən edir", - deyə nəşrdə qeyd olunub.
Həm vəkil, həm də ittiham tərəfi "cinsi əlaqəsiz zorlama"dan söhbət getdiyini bildirir. Bunun nə demək olduğu dəqiq məlum deyil.
Lakin xatırladaq ki, şahzadə Mette-Maritin böyük oğlu artıq üçüncü dəfədir ki, zorlama ittihamı ilə həbs olunur.