Nikola Sarkozi elektron qolbaq taxacaq

Nikola Sarkozi elektron
Gündəm 07-02-2025 - 20:27

Fransanın keçmiş prezidenti Nikola Sarkozi elektron qolbaq taxacaq.

Ajans.az  xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

“İstintaqa yaxın mənbənin məlumatına görə, fevralın 7-də Nikola Sarkozi telefon dinləmə işinin bir hissəsi kimi elektron qolbaq taxmağa məhkum edilib”, - nəşr qeyd edib.

Belə ki, dekabrda Kassasiya Məhkəməsi Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini rədd edib və onun “korrupsiya və nüfuz alverinə görə” cəzalandırılmasına qərar verib.

Eks-prezident hökmdən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasına qeyri-qanuni maliyyə yardımı göstərdiyi iddiası ilə 6 ay şərti olmaqla ümumilikdə 1 il həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransanın dövlət başçısı olub.

PAYLAŞ: