Reklam resmi
Reklam resmi

Sağ qalan bələdçi Aydanın GÖRÜNTÜLƏRİ

Sağ qalan bələdçi Aydanın GÖRÜNTÜLƏRİ
Gündəm

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.

Ajans.az xəbər verir ki, sağ qalanlar arasında stüardessa Aydan Rəhimli də var.

Onun xəstəxanadan görüntüləri FHN-in hazırladığı videoda yer alıb. Yeri gəlmişkən, digər stüardessa Hökümə Əliyeva həyatını itirib, stüard Əsədov Zülfüqar isə sağ qalıb. Xatırladaq ki, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Aydan Rəhimli sağ qalma qəza təyyarə

Digər Xəbərlər