Reklam resmi
Reklam resmi

Qazaxda avtomobil piyadanı vuraraq öldürdü

Qazaxda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ajans.az xəbər verir ki, hadisə Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Qazax sakini, 1981-ci il təvəllüdlü Rövşən Eyvaz oğlu Nəbiyevi maşın vurub.

O, ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza piyada ölüm

Digər Xəbərlər