Reklam resmi
Reklam resmi

Bakı-Şamaxı yolunda sürücülər çətinlik YAŞAYIB: Necə həll olundu? - VİDEO

Bakı-Şamaxı yolunda sürücülər çətinlik YAŞAYIB: Necə həll olundu? - VİDEO
Cəmiyyət

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.  

Bu barədə Ajans.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Operativ müdaxilələrlə avtomobillərin hərəkəti  bərpa olunub.

Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər.

Mövzular:
Qar Hava Şəraiti Bakı-Şamaxı yolu Çətinlik Nəqliyyat DİN

Digər Xəbərlər