Bu ərazilərdə qazın verilişində fasilə olacaq
Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək.
Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mövzular: