Reklam resmi
Reklam resmi

Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
Cəmiyyət

Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edir...

Ajans.az xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə Tovuz sakini Leyla Rəhimova müraciət edib. Onun sözlərinə görə, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" Uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.

Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əmək haqqını verməməklə yanaşı, azyaşlı və autizm sindromlu uşağını da bağçadan çıxarıb.

Məsələ ilə bağlı "Laləli" Uşaq bağçasının müdiri Lalə Əzimova ilə əlaqə saxladıq. Bildirdi ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.

Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.

Mövzular:
işçi müdir hadisə maaş etiraz

Digər Xəbərlər