Reklam resmi
Reklam resmi

Avropa Komissiyası Google-u 890 milyon avro cərimələyib

Avropa Komissiyası Google-u 890 milyon avro cərimələyib
Dünya

Avropa Komissiyası ABŞ-ın Google şirkətini Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə 890 milyon avro məbləğində cərimələyib.

Ajans.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi məlumatında bildirilir.

Açıqlamaya görə, Google axtarış nəticələrində öz xidmətlərinə üstünlük verərək onlayn alış-veriş platformaları, otel rezervasiya sistemləri, nəqliyyat və informasiya xidmətlərini rəqiblərin analoji təkliflərindən daha görünən şəkildə təqdim edib.

Komissiya qeyd edib ki, şirkət öz xidmətlərini axtarış nəticələrinin yuxarı hissəsində yerləşdirmək, eləcə də vizual elementlər və filtrlərdən istifadə etməklə onlara üstünlük verir. Bu isə üçüncü tərəf xidmətlərinin görünürlüğünü məhdudlaşdırır.

Bundan əlavə, Avropa Komissiyası Google-un tətbiq tərtibatçılarının istifadəçiləri alternativ, daha sərfəli təkliflər barədə məlumatlandırmasını və onları üçüncü tərəf internet saytlarına və ya alternativ tətbiq mağazalarına yönləndirməsini məhdudlaşdırdığını bildirib.

Komissiyanın qənaətinə görə, bu addımlar Avropa İttifaqının rəqəmsal bazarda ədalətli rəqabəti təmin etməyə yönəlmiş qaydalarının pozulması hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa Komissiyası Google

Digər Xəbərlər