Tramp və Zelenskinin iyulun 28-də GÖRÜŞƏCƏK
ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə AzadlıqRadiosunun jurnalisti Raufoğlu diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş ABŞ və Ukrayna arasında diplomatik təmaslar baxımından mühüm əhəmiyyət daşıyacaq. Bildirilir ki, Donald Tramp və Volodimir Zelenski bundan əvvəl Fransa və Türkiyədə də görüşüblər.
Xatırladaq ki, Raufoğlu daha əvvəl ABŞ dövlət katibi Marko Rubiodan Tramp və Zelenski arasında yeni görüşün mümkünlüyü ilə bağlı sual ünvanlamışdı. Rubio cavabında ABŞ tərəfinin Ukrayna nümayəndələri ilə çoxsaylı təmaslar apardığını və münasib fürsət yarandığı halda yeni görüşə hazır olduğunu bildirmişdi.
Bundan əvvəl Ukraynanın "Suspilne" nəşri Zelenskinin iyul ayında ABŞ-a səfər etməyi planlaşdırdığını yazmışdı. Məlumata görə, səfər çərçivəsində onun ABŞ rəsmiləri ilə, o cümlədən Donald Trampla Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışıqları müzakirə etməsi nəzərdə tutulur.