Reklam resmi
Reklam resmi

Balıqçılıqda gizli PROBLEM

Balıqçılıqda gizli PROBLEM
İqtisadiyyat

Azərbaycanda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının əksəriyyətinin qeyri-rəsmi fəaliyyət göstərir.

Ajans.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, qüvvədə olan qanun akvakultura ilə məşğul olan təsərrüfatların bioloji və texnoloji əsaslandırma əsasında fəaliyyət göstərməsini və müvafiq dövlət qurumlarında qeydiyyata alınmasını nəzərdə tutur. Lakin bu tələbin icbari xarakter daşımaması praktiki problemlər yaradır.

“Qanunda qeyd olunur ki, təsərrüfatlar qeydiyyata alınır. Amma qeydiyyatdan yayınanlara qarşı hansı tədbirlərin görüləcəyi göstərilmir. Məhz bu boşluq səbəbindən çoxsaylı balıqçılıq təsərrüfatı rəsmi qeydiyyata düşmür. Dövlət proqramında nəzərdə tutulan subsidiya, vergi güzəştləri və digər təşviq mexanizmləri bu problemi tam həll etməyəcək. Mən hesab edirəm ki, məsələ güzəştlərlə yox, qanunla həll olunmalıdır. Qeydiyyat məcburi olmalı, qeydiyyatdan yayınanlara görə məsuliyyət nəzərdə tutulmalıdır. O zaman qısa müddətdə bütün təsərrüfatlar leqallaşacaq."

V.Məhərrəmlinin sözlərinə görə, balıqçılıq təsərrüfatlarının rəsmiləşdirilməsi istehsal həcmi və satışla bağlı daha dəqiq statistikanın formalaşmasına imkan verəcək.

Ekspert qeyd edib ki, hazırda qeyri-rəsmi fəaliyyət səbəbindən məhsuldarlıq, istehsal və satış göstəricilərini tam qiymətləndirmək çətindir. Rəsmi qeydiyyat isə dövlət qurumlarına və mütəxəssislərə sahə üzrə daha dəqiq analiz aparmağa şərait yaradacaq.

Məhərrəmli əlavə edib ki, qeydiyyatdan keçmiş təsərrüfatlarla maarifləndirmə işləri aparmaq, təlimlər təşkil etmək və məhsuldarlığın artırılması istiqamətində yeni texnologiyaların tətbiqini təşviq etmək daha asan olacaq:

Balıqçılıq Azərbaycanda perspektivli sahədir. Təsərrüfatlar rəsmiləşərsə, onlarla sistemli işləmək, məhsuldarlığı artırmaq və gəlirlərini yüksəltmək daha mümkün olacaq."

Mələksəda Ziyad

Mövzular:
Balıqçılıq Kənd təsərrüfatı

Digər Xəbərlər