“Zirə” ilk matçda “Payde”yə məğlub olub
Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə qarşılaşıb.
Ajans.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb və Pyarnu şəhərindəki “Rannastaadion” arenasında baş tutub.
Moldovalı referi Roman Jitarinin idarə etdiyi matç meydan sahiblərinin minimal qələbəsi ilə başa çatıb – 1:0. 87-ci dəqiqədə Qambiyalı Pa Abdu Çam vurduğu qolla komandasına qələbə qazandırıb.
Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Mövzular: