Reklam resmi
Reklam resmi

Tanınmış hakim karyerasını bitirdi 

Tanınmış hakim karyerasını bitirdi 
İdman

Avropanın tanınmış futbol hakimi Entoni Teylor karyerasını başa vurub.

Ajans.az xəbər verir ki, 47 yaşlı ingiltərəli FİFA referisi "talkSPORT"a açıqlamasında artıq karyerasının növbəti fəslinə keçməyin vaxtı olduğunu bildirib.

Teylor İngiltərə Premyer Liqasında 433 oyun keçirib. O, həm klub, həm də milli komandalar səviyyəsində bir sıra vacib beynəlxalq oyunlarda iştirak edib. Ümumilikdə, Teylor 831 oyunda baş hakim olub. Onun sonuncu hakimlik etdiyi oyun DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya - İspaniya (0:1) matçı olub.

Mövzular:
futbol hakim kariyera Entoni Teylor

Digər Xəbərlər