Reklam resmi
Reklam resmi

İstanbulda güclü fırtına damı uçurtdu

İstanbulda güclü fırtına damı uçurtdu
Dünya

İstanbulun Əsənlər rayonunda güclü fırtınanın qopardığı binanın damı küçəyə düşüb. Hadisə zamanı küçədə oynayan uşaqlar və yoldan keçən bir nəfər dam parçalarının altında qalmaqdan son anda xilas olublar.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki,hadisə axşam saatlarında şəhərdə müşahidə olunan şiddətli fırtına zamanı Oruc Rəis məhəlləsində baş verib. Güclü külək binanın damını qopararaq küçəyə atıb.

Həmin vaxt küçədə oynayan uşaqlar və ərazidən keçən bir nəfər dam parçalarının altında qalmaq təhlükəsi ilə üz-üzə qalsalar da, son anda qaçaraq xilas olublar.

Hadisə anı ərazidə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə fırtına

Digər Xəbərlər