Nikolas Maduro məhkəmə qarşısına çıxarıldı
ABŞ-nin Nyu-York şəhərində Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı məhkəmə iclası keçirilib.
Ajans.az xəbər verir ki, təxminən 20 dəqiqə davam edən iclasın əsas mövzusu məhkəmə prosesinin qrafikinin təsdiqlənməsi olub.
Məlumata görə, prokurorluq müdafiə tərəfinin razılığı ilə hakim Elvin Hellerstaynın adına vəsatət təqdim edərək işə mahiyyəti üzrə baxılmasının 2027-ci ilin iyununda başlanmasını təklif edib. Hakim isə dinləmələrin başlanma tarixini 1 iyun 2027-ci il olaraq müəyyənləşdirib.
Mövzular: