Reklam resmi
Reklam resmi

Azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ

Azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ
Gündəm

Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bəy" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Ajans.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

Mövzular:
odessa gəmi dron hücum azərbaycanlı

Digər Xəbərlər