Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib.
Ajans.az xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, yeni məhdudiyyətlər Avropa İttifaqının 8 may 2026-cı ildə qəbul etdiyi 20-ci sanksiyalar paketi ilə uyğunlaşdırılıb.
Bildirilib ki, sanksiyalar əsasən enerji və maliyyə sektorlarını hədəf alır. Paketə həmçinin sanksiyalardan yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini daha da zəiflətmək məqsədi daşıyan əlavə tədbirlər daxildir.
Yeni sanksiyalar iyulun 14-dən qüvvəyə minir.
Mövzular: