Reklam resmi
Reklam resmi

3 böyük yolda təmir işləri BAŞA ÇATDI

3 böyük yolda təmir işləri BAŞA ÇATDI
Cəmiyyət

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir işləri çərçivəsində daha üç ünvanda yenidənqurma işləri yekunlaşıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.

Qeyd olunub ki, təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Mövzular:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi AAYDA təmir Bakı Dairəvi yolu Baksol yolu

Digər Xəbərlər