Sürücülərə XƏBƏRDARLIQ: Hərəkət məhdudlaşdırılacaq
Bakı şəhərində daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, Səbail rayonu - Bünyad Sərdarov küçəsi, Nəsimi rayonu - Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.
Mövzular: