Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
Ajans.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 19 % azdır.
Yanvar-iyun aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 11,7 % artaraq 7,205 milyard ABŞ dollarına, iyun ayında isə 40,7 % artaraq 1,362 milyard ABŞ dollarına çatıb.
Mövzular: