Reklam resmi
Reklam resmi

Müharibə olan ölkədə daha bir FACİƏ

Müharibə olan ölkədə daha bir FACİƏ
Dünya, Hadisə

Ukraynanın Nikolayev vilayətində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər ölüb.

Bu barədə Ajans.az Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalına istinadən xəbər verir.

"Hazırkı vəziyyətə görə 12 nəfərin öldüyü təsdiqlənib. Yaralanan altı nəfər xəstəxanaya yerləşdirilib. Qəza yerinə bütün təcili xidmətlər cəlb edilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın bütün hallarını aydınlaşdırır", - o vurğulayıb.

Ukrayna mediasının məlumatına görə, yol-nəqliyyat hadisəsi iyulun 4-də səhər saatlarında baş verib. İlkin məlumatlara görə, avtobusun sürücüsü nəqliyyat vasitəsinin idarəetməsini itirib, avtobus əks hərəkət zolağına çıxıb və orada "Volvo" markalı yük maşını ilə toqquşub.

Mövzular:
Ukrayna QƏZA

Digər Xəbərlər