Reklam resmi
Reklam resmi

Hindistanın böyük neft zavodunda YANĞIN

Hindistanın böyük neft zavodunda YANĞIN
Dünya

Hindistanın şərqində yerləşən neft-kimya zavodunda baş verən yanğın nəticəsində azı 20 nəfər yaralanıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğın çərşənbə axşamı Qərbi Benqal ştatının Purba Medinipur rayonunda yerləşən Haldia Petrochemicals şirkətinə məxsus müəssisədə nafta boru kəmərində başlayıb. Alov qısa müddətdə zavodun yaxınlığındakı yaşayış evlərinə də yayılıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün 12 yanğınsöndürmə maşınından istifadə ediblər. Yaralılar xilas edilərək yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, nafta yanacaq və müxtəlif kimyəvi maddələrin istehsalında istifadə olunan yüksək alışqanlı neft məhsuludur.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Haldia Petrochemicals şirkəti hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan neft-kimya zavodu yanğın

Digər Xəbərlər