"Mançester Siti" yeni baş məşqçisini AÇIQLADI
İngiltərənin "Mançester Siti" komandasının Entso Mareskanın təyinatını açıqlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O, əvvəllər "Mançester Siti"də gənclər komandasının baş məşqçisi (2020-2021) və əsas komandanın köməkçi məşqçisi (2022-2023) vəzifələrində çalışıb.
"Mançester Siti"ni çox yaxşı tanıdığım bir klubdur. Bu komandanı idarə etmək imkanı mənim üçün əla fürsətdir. "Siti" inanılmaz dərəcədə yaxşı təşkil olunmuş futbol klubudur. Onların etdiyi hər şey innovativ, düşüncəli və məqsədyönlüdür. Bu, menecer üçün mükəmməl bir vəziyyətdir. Bu, işimi səmərəli şəkildə yerinə yetirməyim üçün lazım olan sabitliyi təmin edir.
Bu, mənim klubda üçüncü dəfə çalışmağım olacaq. Mən bu klubu tanıyıram, tələbləri və gözləntiləri bilirəm. Burada çalışan insanların keyfiyyəti bu klubu xüsusi edir və onlara mənim qabiliyyətlərimə olan inamlarına görə təşəkkür etmək istəyirəm. Oyunçulara məşqçilik etməyə başlamaq üçün səbirsizlənirəm. Qalib gəlməyimizi, yaxşı futbol oynamağımızı və "Mançester Siti"ni təmsil etməyin təzyiqindən zövq almağımızı istəyirəm " - deyə, Mareska klubun mətbuat xidmətinə açıqlama verib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis daha əvvəl İtaliyanın "Parma", eləcə də İngiltərənin "Lester" və "Çelsi" klublarında baş məşqçi vəzifəsində çalışıb.