Neymar və Messi Venesueladakı zərərçəkənlərə yardım etdilər
Dünya futbolunun ulduzları Neymar və Lionel Messi Venesueladakı dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım işlərində iştirak ediblər və humanitar ehtiyaclara külli miqdarda pul köçürüblər.
Ajans.az xəbər verir ki, bu barədə "El Sumario" nəşri məlumat verib.
Braziliyalı futbolçu Neymar xilasetmə və humanitar əməliyyatları dəstəkləmək üçün 250 000 dollar köçürüb.
Vəsaitlər zərərçəkənlərin qida məhsulları, içməli su, dərmanlar və müvəqqəti yaşayış yeri ilə təmin edilmələrinə istifadə olunacaq. Lionel Messinin ailəsi də yardıma qoşulub. Oyunçunun şəxsi ianələrindən əlavə, onun həyat yoldaşı Antonella da ictimai ianə toplama tədbiri təşkil edib.
Hazırda kampaniya çərçivəsində artıq təxminən 5,4 milyon dollar toplanıb və bu məbləğ zərər çəkmiş bölgələrə dəstək üçün istifadə olunacaq.
Mövzular: