Reklam resmi
Reklam resmi

İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı DANIŞIQLAR APARIR

İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı DANIŞIQLAR APARIR
Dünya

İran və Oman arasında Hörmüz boğazının gələcək idarəçiliyi və təhlükəsizlik məsələləri ilə bağlı ilk birgə iclas keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Maskata səfər zamanı Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz əl-Hinai ilə Hörmüz boğazı üzrə birgə komitənin ilk iclası baş tutub. Boğazla bağlı cari məsələlərin müzakirəsi zamanı biz İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində boğazın gələcək idarəçiliyi və sahilyanı dövlətlərin suveren hüquqları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Oman

Digər Xəbərlər