ABŞ-də güclü yağıntılar: ÖLƏNLƏR VAR
ABŞ-nin Kentukki ştatında aramsız leysan yağışları və onların yaratdığı daşqınlar nəticəsində azı dörd nəfər ölüb.
Ajans.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, ştatda fövqəladə vəziyyət elan edilib. Güclü yağışlar və daşan çaylar səbəbindən bir sıra ərazilərdə suyun səviyyəsi 20 santimetrdən çox yüksəlib.
Son məlumata əsasən, xilasedicilər 60-dan çox nəfəri təhlükəli zonalardan çıxararaq təhlükəsiz ərazilərə təxliyə ediblər.
Bildirilib ki, həyatını itirənlər arasında evlərinin su basmış zirzəmilərindən vaxtında çıxa bilməyən şəxslər də var.
Yerli hakimiyyət orqanları əhaliyə zərurət olmadıqca evlərini tərk etməməyi və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Mövzular: