Reklam resmi
Reklam resmi

Daha bir ölkədə DAĞIDICI ZƏLZƏLƏ

Daha bir ölkədə DAĞIDICI ZƏLZƏLƏ
Dünya

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, təbii fəlakət nəticəsində azı 13 nəfər xəsarət alıb.

Məlumata görə, zəlzələnin episentri İbin şəhərinin Qao qraflığının Şahe qəsəbəsi yaxınlığında, 6 kilometr dərinlikdə qeydə alınıb.

Hadisədən dərhal sonra İbin şəhərinin Fövqəladə Hallara Cavab Qərargahı dörd pilləli fövqəladə reaksiya sisteminin 3-cü səviyyəsini aktivləşdirib. Qeyd edək ki, bu sistemdə 1-ci səviyyə ən yüksək hazırlıq mərhələsi hesab olunur.

Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 200 nəfər təxliyə olunaraq təhlükəsiz ərazilərə yerləşdirilib.

Hazırda zəlzələnin törətdiyi ziyanın miqyası dəqiqləşdirilir, aidiyyəti qurumlar bölgədə monitorinq və qiymətləndirmə işlərini davam etdirirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin zəlzələ

Digər Xəbərlər