8 kq narkotik dövriyyədən çıxarılıb
Saatlıda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunda Ajans.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.
Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mövzular: