28 yaşlı Fikrətin qətli necə baş verdi? - Cinayətin pərdəarxası
Adını belə bilmədiyi qıza görə 15 illik dostunu öldürdü.
Ajans.az xəbər verir ki, hadisə yerinə baxış zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilmiş xəsarətlər müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, meyitin əynində qara rəngli köynək, cins şalvar və ayaqqabı olub. Şalvarın cibindən yapışqan plastır, qatlanan bıçaq, həmçinin ümumilikdə 17 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Meyitin qolundakı qol saatı da götürülüb.
Hadisə yerindən təxminən 220 metr məsafəyədək parkın ərazisində və yolun kənarında qan izləri aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, meyit Ağdam rayonunda qeydiyyatda olan Fikrət Feyruz oğlu Salmanova məxsusdur. Hadisə yerinin yaxınlığında, Bəhruz Nuriyev küçəsində parkın qarşısında mərhuma məxsus avtomobil də aşkar olunub. Avtomobildən onun şəxsiyyət vəsiqəsi tapılıb.
İstintaqla müəyyən edilib ki, Fikrət Salmanov dostu Bəxtiyar Arif oğlu Əhmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Təqsirləndirilən şəxs Bəxtiyar Əhmədov ifadəsində bildirib ki, Fikrət Salmanovu təxminən 11 il tanıyıb. Onun sözlərinə görə, Fikrət idmanın müxtəlif növləri ilə həvəskar şəkildə məşğul olub və tanış olduqdan sonra dostlaşıblar. Qeyd edək ki, 2018-ci il iyulun 29-da gecə saat 04:00 radələrində Bakı şəhərinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 185 nömrəli binanın birinci girişinin birinci mərtəbəsində 28 yaşlı Fikrət Feyruz oğlu Salmanovun meyiti aşkarlanıb.
Əhmədov qeyd edib ki, 2016–2017-ci illərdə Fikrətin dəvəti ilə paytaxtdakı gecə klublarından birində mühafizəçi işləyib. O, həmçinin bildirib ki, Fikrət xaraktercə dava-dalaş etməyə meyilli olsa da, tez-tez onunla əlaqə saxlayır və görüşürdülər. Daha sonra eyni ərazidə yaşamağa başladıqdan sonra münasibətlərində problemlər yaranıb.
Ətraflı videoda: