Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri"ni təsdiq edib.
Ajans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, müqavilənin predmetini parametrləri bu Müqaviləyə və onun əlavələrinə uyğun olan marşrutlar üzrə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin yerinə yetirilməsi təşkil edir.
Mövzular: