Ermənistan parlamentinin yeni spikerliyinə namizəd bu gün müəyyənləşəcək
Dünya
Ermənistan parlamentinin yeni sədrliyinə namizədin adı bu gün açıqlanacaq.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirdiyi brifinq zamanı məlumat verib.
Paşinyanın sözlərinə görə, hakim siyasi qüvvənin bu gün keçiriləcək iclasında parlament sədrliyinə namizədlikləri irəli sürülən üç şəxs müzakirə olunacaq və onlardan biri gizli səsvermə yolu ilə seçiləcək.
“Bu gün iclas keçirəcəyik. Namizədləri dinləyəcək və qərar verəcəyik. Həm öz seçimimizi, həm də həmkarlarımızın seçimini gizli səsvermə yolu ilə müəyyən edəcəyik. Bundan sonra namizədin adını açıqlayacağıq”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin yeni sədrinin seçilməsi ilə bağlı proses ölkənin siyasi gündəminin əsas mövzularından biri olaraq qalır. Yeni spikerin adı hakim komandanın daxili səsverməsinin nəticələrinə əsasən müəyyənləşdiriləcək.