Reklam resmi
Reklam resmi

Venesuelada güclü zəlzələdən sonra böyük otel ÇÖKÜB-VİDEO

Venesuelada güclü zəlzələdən sonra böyük otel ÇÖKÜB-VİDEO
Dünya

Venesuelanın La Quayra ştatının sahil bölgəsində yerləşən Eduard Oteli güclü zəlzələ nəticəsində tamamilə çöküb.

Ajans.az xarici mediya istinadən xəbər verir ki, binadan yalnız ön giriş hissəsi salamat qalıb. Hadisə yerindən yayılan görüntülərdə otelin böyük hissəsinin dağıldığı görünür.

Venesuela Milli Assambleyasının sədri Jorge Rodríguez bildirib ki, La Quayra ştatında təxminən 15 bina dağılıb. Onun sözlərinə görə, region zəlzələdən ən çox zərər çəkən ərazilərdən biridir.

Rəsmilər baş verən təbii fəlakətin nəticələrini nəzərə alaraq La Quayra ştatını fəlakət zonası elan ediblər. Hazırda bölgədə axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam etdirilir.

Xatırladaq ki, Venesuelada baş verən güclü zəlzələ nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə sakin yaralanıb, çoxsaylı yaşayış və inzibati binalara ciddi ziyan dəyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər