Reklam resmi
Reklam resmi

Bakıda yeni stansiyaların tikintisinə  başlanılır

Bakıda yeni stansiyaların tikintisinə  başlanılır
İqtisadiyyat

Ajans.az xəbər verir ki, “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov çıxış edib. O, sərnişin təhlükəsizliyinin metropoliten üçün əsas prioritetlərdən biri olduğunu bildirib.

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq 2026-cı ilədək yeni metro stansiyalarının inşası nəzərdə tutulur.

Bəxtiyar Məmmədov qeyd edib ki, yeni stansiyaların layihələndirilməsi zamanı sərnişin təhlükəsizliyi əsas prioritet kimi götürülür. O vurğulayıb ki, gələcəkdə istifadəyə veriləcək bütün metro stansiyaları əlilliyi olan şəxslərin rahat istifadəsi üçün liftlərlə təchiz ediləcək.

Mətbuat katibi bildirib ki, hazırda 9 metro stansiyasının layihəsi beynəlxalq ekspertlərlə birlikdə müasir standartlara uyğunlaşdırılır.

Onun sözlərinə görə, yeni stansiyalarda sərnişin axınının idarə olunması, təxliyə yollarının təşkili, eskalator və lift sistemlərinin quraşdırılması, eləcə də əlçatanlıq məsələləri xüsusi diqqətdə saxlanılır.

Bəxtiyar Məmmədov əlavə edib ki, metro infrastrukturu yalnız stansiyaların tikintisindən ibarət deyil. Layihələr çərçivəsində stansiyalara aparan piyada marşrutları, ətraf ərazilərin təşkili və sərnişinlərin təhlükəsiz hərəkəti də nəzərə alınır.

O qeyd edib ki, yeni layihələr beynəlxalq təcrübəyə əsaslanır və sərnişinlərin rahatlığı ilə təhlükəsizliyinin artırılmasına xidmət edəcək.

Mələksəda Ziyad

Mövzular:
Bakı Metropoliteni Bəxtiyar Məmmədov

Digər Xəbərlər