Reklam resmi
Reklam resmi

Suriyada İŞİD lideri ÖLDÜRÜLDÜ

Suriyada İŞİD lideri ÖLDÜRÜLDÜ
Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada həyata keçirilən hava əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

Ajans.az xəbər verir ki, Suriyanın şimal-qərbində keçirilən dəqiq aviazərbə zamanı İŞİD-in rəhbər şəxslərindən olan Əli Hüseyn əl-Ulayvi zərərsizləşdirilib.

CENTCOM bildirib ki, əməliyyat ABŞ vətəndaşlarına, eləcə də ölkə hüdudlarından kənardakı Amerika maraqlarına qarşı təhlükə yaradan terrorçuların aşkarlanması və məhv edilməsi istiqamətində aparılan fəaliyyətin tərkib hissəsidir.

Mövzular:
suriya abş İŞİD

Digər Xəbərlər