Rubionun Yaxın Şərq ölkələrinə səfəri başlayır
ABŞ-nin Dövlət katibi Marko Rubio iyunun 23-dən 25-dək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə səfər edəcək.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentindən bildirilib.
Məlumata görə, səfər zamanı Rubio Hörmüz boğazı vasitəsilə yüklərin tam, sərbəst və təhlükəsiz tranzitinin təmin edilməsi istiqamətində səyləri, eləcə də regionda sülh və sabitlik məsələlərini müzakirə etməyi planlaşdırır.
Mövzular: