Dünya Kubokunda FACİƏ: Avtomobil azarkeşlərin üzərindən KEÇDİ
Meksikanın Kabo San Lukas şəhərində ölkə milli komandasının Dünya Kubokunda Çexiya üzərində qazandığı qələbəni qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Avtomobili idarə edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Meksika yığması Dünya Kubokunun qrup mərhələsinin son oyununda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Qələbədən sonra küçələrə axışan azarkeşlərin bayram sevinci isə gözlənilmədən faciəvi hadisə ilə nəticələnib.
Mövzular: