Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
1/2
Dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi tərəfindən ilk dəfə yeni formatda təqdim olunan “THE Sustainability Impact Ratings 2026” reytinqinin nəticələri açıqlanıb.
Ajans.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) əsasında universitetlərin sosial, iqtisadi və ekoloji təsirini qiymətləndirən reytinqdə Azərbaycanın 18 ali təhsil müəssisəsi yer alıb.
Bu il universitetlər reytinqdə yüksək nəticələr nümayiş etdirərək bir sıra istiqamətlər üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar. Xüsusilə Bakı Dövlət Universiteti (BDU) ölkə üzrə ən yüksək nəticəni göstərərək dünya üzrə 101–200-cü pillələr aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 301–400 diapazonunda yer almaqla ölkənin ən yaxşı nəticə göstərən ali təhsil müəssisələri sırasında qərarlaşıblar.
Ümumilikdə 8 universitetimiz dünya üzrə ilk 1000-likdə qərarlaşıb ki, bu da ölkənin ali təhsil sisteminin dayanıqlı inkişaf gündəliyinə inteqrasiyasının və beynəlxalq nüfuzunun gücləndiyini göstərir.
Universitetlər DİM-lər üzrə fərdi istiqamətlərdə də uğurlu nəticələr əldə ediblər. Belə ki, DİM 10 – “Bərabərsizliyin azaldılması” istiqaməti üzrə UNEC dünya universitetləri arasında 19-cu yerdə, DİM 1 – “Yoxsulluğa son” istiqaməti üzrə isə BDU dünya üzrə 23-cü yerdə qərarlaşıb.
“THE Sustainability Impact Ratings 2026” reytinqinin nəticələri və universitetlər üzrə ətraflı göstəricilər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
Mövzular: