Reklam resmi
Reklam resmi

Məşhur şirkətin vitse-prezidenti estetik prosedurdan sonra həyatını itirdi

Məşhur şirkətin vitse-prezidenti estetik prosedurdan sonra həyatını itirdi
Dünya

Amerikanın məşhur kosmetika şirkəti Estée Lauder Companies-nin vitse-prezidenti Kendal Aşerin qəfil ölümünün səbəbi məlum olub.

Ajans.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Məlumata görə, 56 yaşlı Kendal Aşer bu ilin fevral ayında estetik prosedur zamanı vurulan doldurucu (filler) inyeksiyasından sonra vəfat edib.

Nyu-York Şəhər Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin açıqlamasına əsasən, inyeksiyadan sonra onda ağciyər emboliyası baş verib. Bu vəziyyət ağciyər arteriyasının qəfil tıxanması nəticəsində yaranır və ölümcül fəsadlara səbəb ola bilər.

Allergan Medical Aesthetics İnstitutunun dermatoloqu və kosmetik cərrahı Kennet Mark bildirib ki, doldurucu maddə ehtimal ki, təsadüfən qan damarına yeridilib.

Onun sözlərinə görə, bu cür hallar üz nahiyəsinə doldurucu tətbiq edilərkən olduqca nadir rast gəlinir. Mütəxəssis qeyd edib ki, oxşar ağırlaşmalar daha çox böyük həcmdə yağ inyeksiyaları zamanı müşahidə olunur.

Hadisə estetik prosedurların təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Estée Lauder Kendal Aşerin

Digər Xəbərlər