Reklam resmi
Reklam resmi

Livan və İsrail arasında gizli razılaşma hazırlanır?

Livan və İsrail arasında gizli razılaşma hazırlanır?
Dünya

Livan Prezidenti Joseph Aoun İsraillə atəşkəsin möhkəmləndirilməsi məqsədilə monitorinq və koordinasiya mexanizminin yaradılmasını dəstəklədiyini bildirib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Aun bu məsələni ABŞ-ın vitse-prezidenti J. D. Vance, ABŞ prezidentinin müşaviri Jared Kushner və Qətərin Baş naziri, xarici işlər naziri Mohammed bin Abdulrahman Al Thani ilə telefon danışığı zamanı müzakirə edib.

Açıqlamada qeyd olunub ki, tərəflər hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün koordinasiya orqanının yaradılması imkanlarını nəzərdən keçiriblər.

"Prezident Aun davamlı atəşkəsə töhfə verəcək bütün təşəbbüsləri dəstəklədiyini bildirib və atəşkəsə nəzarət mexanizminin hazırlanmasına razılıq verib", – deyə məlumatda vurğulanıb.

Bundan əvvəl İsveçrənin Bürgenstock şəhərində keçirilən dördtərəfli məsləhətləşmələr zamanı Livan da daxil olmaqla regional münaqişələrin həlli üçün xüsusi işçi qrupunun yaradılması barədə razılıq əldə olunmuşdu.

ABŞ və İran arasında vasitəçilik edən Qətər və Pakistanın birgə bəyanatında Livan nümayəndələrinin də bu qurumun fəaliyyətinə cəlb ediləcəyi bildirilib.

Məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqların növbəti raundu iyunun 23–25-də Vaşinqtonda keçiriləcək.

"Əşarq əl-Əvsət" qəzetinin yazdığına görə, diplomat Simon Kərəmin rəhbərlik etdiyi Livan nümayəndə heyəti İsrail qoşunlarının ölkənin cənub bölgələrindən çıxarılması üçün konkret qrafikin müəyyənləşdirilməsini tələb edəcək. Bunun müqabilində Livan Litani çayının cənubunda yerləşən ərazilərin silahsız təhlükəsizlik zonasına çevrilməsi öhdəliyini müzakirə etməyə hazırdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Livan İsrail

Digər Xəbərlər