İran-ABŞ danışıqlarında FASİLƏ
İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə davam edən İran-ABŞ danışıqlarına daxili məsləhətləşmələrin aparılması məqsədilə fasilə verilib.
Ajans.az “Fars” Agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyətlərinin bu fasilədən istifadə edərək öz paytaxtları ilə əlaqə saxlaması və son inkişaflarla bağlı fikir mübadiləsi aparması gözlənilir.
İran Xarici İşlər Nazirliyinin və danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək.
Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir.
Mövzular: