Güclü zəlzələnin nəticəsində ölənlərin sayı ARTDI- BU ÖLKƏDƏ...
Filippinin cənubunda yerləşən Mindanao adasında baş vermiş 7.8 maqnitudalı dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 78 nəfərə çatıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, seysmik hadisə nəticəsində daha 1 339 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 30 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Dağıntılar altında qalanların xilas edilməsi üçün əməliyyatlar fasiləsiz davam etdirilir.
Zəlzələnin fəsadları 14 əyalət üzrə 1.4 milyondan çox insanın həyatına təsir göstərib. Yeraltı təkanlar səbəbindən təxminən 82 min sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. Onların təxminən dörddə biri isə dövlət tərəfindən qurulmuş xüsusi təxliyə mərkəzlərində yerləşdirilib.
Mövzular: