Tramp Netanyahudan NARAZIDIR
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarından narazıdır.
Ajans.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, iki lider arasında baş tutan söhbətlər adətən İsrailin yeni hərbi əməliyyatlar keçirməsi mövzusuna qayıdır. Rəsmi bildirib ki, Netanyahu prezidentə müəyyən hədəflərə niyə zərbə endirilməsinin vacib olduğunu, İsrail kəşfiyyatının vəziyyəti necə qiymətləndirdiyini və bunun nə vaxt həyata keçirilməli olduğunu izah edir.
Qəzetin yazdığına görə, son həftələrdə Tramp və Netanyahu arasında fikir ayrılıqları daha da dərinləşib. Bildirilir ki, ABŞ prezidenti İranla bağlı gərginliyin azaldılmasına və münaqişənin başa çatmasına üstünlük verir, İsrailin baş naziri isə Tehrana qarşı təzyiqlərin və hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.
Nəşrin məlumatına əsasən, məhz bu yanaşma fərqləri Vaşinqton və Təl-Əviv arasında son dövrlərdə münasibətlərin gərginləşməsinə səbəb olub.