Reklam resmi
Reklam resmi

Məşhur jurnalist VƏFAT ETDİ

Məşhur jurnalist VƏFAT ETDİ
Dünya

Britaniyanın tanınmış araşdırmaçı jurnalisti Rocer Kuk 83 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə jurnalistin ailəsi məlimat yayıb.

 O, qısa sürən xəstəlikdən sonra iyunun 13-də şəkildə vəfat edib. 

Rocer Kukun uzun illər çalışdığı ITV televiziya kanalı da onun vəfatını təsdiqləyib. Kanalın açıqlamasında jurnalist televiziya tarixinin ən hörmətli və nüfuzlu simalarından biri kimi xarakterizə olunub.

Kuk xüsusilə 1987–1999-cu illərdə ITV-də yayımlanan “The Cook Report” araşdırma proqramı ilə geniş şöhrət qazanıb. Onun hazırladığı reportajlar korrupsiya, maliyyə fırıldaqları və müxtəlif cinayətlərin üzə çıxarılmasına səbəb olub.

Jurnalistin araşdırmaları bir çox hallarda polis istintaqlarının başlanmasına təkan verib və sonradan bir sıra şəxslər məhkəmə qərarları ilə cəzalandırılıblar.

Peşəkar fəaliyyəti dövründə çoxsaylı mükafatlara layiq görülən Rocer Kuk 1997-ci ildə Böyük Britaniyanın ən nüfuzlu televiziya mükafatlarından biri sayılan BAFTA mükafatını qazanıb.

Rocer Kuk araşdırma jurnalistikasının ən tanınmış nümayəndələrindən biri kimi yadda qalacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya Rocer Kuk

Digər Xəbərlər